Rusiyadan idxal edilən kartofun yararsız olduğu aşkarlanıb

Rusiyadan idxal edilən kartofun yararsız olduğu aşkarlanıb
# 07 oktyabr 2021 10:54 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan APA-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı "ZE-DENT" MMC tərəfindən Rusiyadan ölkəmizə idxal edilən 40 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində yük partiyasından götürülən məhsul nümunələrində karantin tətbiq edilən zərərverici (“Clavibacter michiganensis subsp. sepedonicus” - Kartof yumrularında halqavari çürümə) aşkar edilib.

Agentlik tərəfindən toxumluq kartof məhsulu partiyası istifadəyə yararsız hesab olunduğu üçün məhsulun məhv edilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR