Rusiyanın səhiyyə naziri: “Azərbaycan Səhiyyə Nazirliyi ilə aktiv əlaqələrimiz və layihələrimiz var”

Mixail Muraşko

© APA | Mixail Muraşko

# 06 iyul 2021 16:26 (UTC +04:00)

“Azərbaycan və Rusiya Səhiyyə nazirlikləri arasında imzalanmış “Yol xəritəsi” tək infeksion xəstəliklərlə mübarizəni deyil, həmçinin təşkilati və bir sıra elmi məsələləri nəzərdə tutur”.

APA-nın məlumatına görə, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Rusiyanın səhiyyə naziri deyib ki, Azərbaycana bugünkü səfəri 6 illik səylərin qiymətləndirilməsi, tibb mütəxəssislərinin yetişdirilməsi və dostluq əlaqələrimizin inkişafı ilə bağlıdır: “İkinci vacib məsələ bizim “Yol xəritəsi” imzalamağımızdır. Son illər Azərbaycanın Səhiyyə Nazirliyi ilə aktiv əlaqələrimiz və layihələrimiz var. Buna görə də gələcək əməkdaşlığımızla bağlı “Yol xəritəsi” vacib idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR