Rusiyanın yeni “Orion” dronları radioelektron döyüş sistemi ilə təchiz ediləcək

Rusiyanın yeni “Orion” dronları radioelektron döyüş sistemi ilə təchiz ediləcək
# 13 noyabr 2021 08:20 (UTC +04:00)

““Kronştadt” ASC-nin mütəxəssisləri “Orion” pilotsuz təyyarələrinin radioelektron döyüş sistemi ilə təchiz edilməsi üzərində işləyirlər”.

APA xəbər verir ki, bu barədə ASC-nin baş direktoru Sergey Boqatikov noyabrın 14-dən 18-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “Dubai Airshow 2021” beynəlxalq aviaşousu ərəfəsində bildirib.

Baş direktor hazırda bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb.

“Rosoboroneksport”un (Rostec dövlət korporasiyasının bir hissəsi) məlumatına görə, uzunmüddətli orta hündürlükdə uçan “Orion” pilotsuz kompleksi hazırda hava kəşfiyyatı təyyarəsi kimi ixraca təklif olunur. Eyni zamanda, kompleks Rusiya silahlı qüvvələrinə hücum tipli variantda verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR