Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
# 25 may 2021 09:26 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Fətəlikənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, obyektin icarədarı O.Kikinadze və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.  

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR