Sabah bəzi yerlərdə temperatur 44 dərəcəyə çatacaq - VİDEO

Sabah bəzi yerlərdə temperatur 44 dərəcəyə çatacaq - <span class="red_color">VİDEO
# 20 iyul 2021 12:26 (UTC +04:00)

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 24-27° isti, gündüz 35-40°, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. 

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti         

Cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında  əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında   şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı gözlənilir.   Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28°  isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz  30-35° isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. 


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR