Sabahdan 2 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik ediləcək

Sabahdan 2 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik ediləcək
# 25 noyabr 2021 19:05 (UTC +04:00)

Noyabrın 26-dan etibarən Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək. Bununla da 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “Nəriman Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR