Sabahdan iki marşrut xəttinin hərəkət qrafiki müvəqəti dəyişdiriləcək

Sabahdan iki marşrut xəttinin hərəkət qrafiki müvəqəti dəyişdiriləcək

© APA | BNA, iki marşrut xəttinin hərəkət qrafiki müvəqəti dəyişdiriləcək

# 01 iyun 2021 17:07 (UTC +04:00)

İyunun 2-dən Ə.Şıxlınski küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki,  bu səbəbdən 36 və 81 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq aşağıda göstərilən qaydada dəyişdiriləcək: 
81 nömrəli marşrut: 
Ə. Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq S.Mehmandarov küçəsi ilə;
36 nömrəli marşrut:
Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq N.Tusi küçəsi ilə təşkil ediləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR