Rütubətli hava meteohəssas insanlarda narahatlıq yaradacaq - PROQNOZ

Rütubətli hava meteohəssas insanlarda narahatlıq yaradacaq - PROQNOZ
# 28 sentyabr 2021 12:18 (UTC +04:00)

Sentyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-dən APA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 15-17°, gündüz 19-21°, Bakıda gecə 15-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.

Sentyabrın 29-30-da Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR