Sabahın hava proqnozu - VİDEO

Sabahın hava proqnozu - <span class="red_color">VİDEO
# 14 iyun 2021 13:04 (UTC +04:00)

İyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz  26-31, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacaq.

İyunun 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən iyunun 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR