Sabirabadda Aqrar Universitetin filialının yaradılması təklif olunub 

Kamal Cəfərov, Milli Məclisin deputatı

© APA | Kamal Cəfərov, Milli Məclisin deputatı

# 16 noyabr 2021 15:42 (UTC +04:00)

Sabirabadda Aqrar Universitetin filialının yaradılması təklif olunub.
APA-nın məlumatına görə, bu təkliflə bu gün Milli Məclisdə gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı deputat Kamal Cəfərov çıxış edib.
Deputat deyib ki, universitetlərin əksəriyyəti Bakıdadır: “Kənd camaatının uşaqlarını Bakıda oxutmağa göndərməyə nə pulu, nə də şəraiti var. Sabirabad rayonunun aqrar rayon olduğunu, bir neçə rayon üçün mərkəz rayon rolunu oynadığını nəzərə alaraq Sabirabadda Aqrar Universitetin filialının yaradılmasına ehtiyac var. Sabirabadda Aqrar Universitetin yaradılması təkcə təhsilin inkişafını təmin etməz, həm də rayonda gəncləri radikal meyllərdən, pis vərdişlərdən qoruya bilər, o cümlədən erkən nikahların qarşısını ala bilər. Çünki təhsil prosesindən keçən hər bir gəncin mənfi əməllərə qarşı təfəkkürü formalaşır, onlar axır-əvvəl həyatda özlərinə yer tapırlar. Hesab edirəm ki, bu dövlət mənafeyi baxımından da vacibdir. Ona görə də müəyyən ixtisaslar üzrə Sabirabadda Aqrar Universitetin filialı yaradıla bilər”.
K. Cəfərov hökumətin bu təklif barədə düşünməsini xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR