Sağlamlıq-bərpa obyektləri və ibadət yerlərində koronavirusla bağlı metodiki göstərişlər təsdiqlənib

Sağlamlıq-bərpa obyektləri və ibadət yerlərində koronavirusla bağlı metodiki göstərişlər təsdiqlənib
# 16 iyun 2021 17:29 (UTC +04:00)

Baş dövlət sanitariya həkiminə metodiki göstərişlərin təsdiq edilməsi tapşırığı verilib.

APA-nın məlumatına görə, bu Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərarda bildirilib ki, “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 160 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 2021-ci il 16 iyun tarixində 172 nömrəli Qərarla dəyişikliklər edilib.

Həmin dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə sağlamlıq-bərpa obyektlərinin və ibadət yerlərinin koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlərin təsdiq edilməsi tapşırığı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR