“Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” anlayışı qanunvericilikdən çıxarılır

Milli Məclis

© APA | Milli Məclis

# 01 iyun 2021 15:15 (UTC +04:00)

Qanunvericiliyə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı əlavə edilir, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” anlayışı qanunvericilikdən çıxarılır.

APA-nın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Əmək pensiyaları haqqında” qanunlara, Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi, Mənzil Məcəlləsi və digər müvafiq qanunvericilik aktlarına təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qanun layihələri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR