“Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” anlayışı qanunvericilikdən çıxarılır

Milli Məclisin iclası

© APA | Milli Məclisin iclası

# 08 iyun 2021 14:23 (UTC +04:00)

Qanunvericiliyə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı əlavə edilir, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” anlayışı qanunvericilikdən çıxarılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR