Sahil Babayev: “Gələn ilin sosial ödənişlər paketində əlilliyə görə ödənişlərin artımı nəzərdə tutulub”

Sahil Babayev

© APA | Sahil Babayev

# 12 noyabr 2021 18:14 (UTC +04:00)

Deputat Soltan Məmmədov əlilliyin yeni meyarları ilə bağlı büdcədə artım və ya maliyyə yükünün nəzərdə tutulub-tutulmayacağı ilə maraqlanıb.

APA-nın məlumatına görə, Əmək və sosial siyasət komitəsinin iclasında deputat ötən il bu qanun layihəsinin müzakirəsi zamanı bu məsələni diqqətə çatdırdığını qeyd edib.

Nazir Sahil Babayev isə bildirib ki, yeni əlillik meyarları ilə bağlı ciddi iş aparılır: “Gələn il iyuldan bu məsələ qüvvəyə minəcək. Hər halda bu ilin yekununda çıxacaq rəqəmlərə uyğun paket hazırlayacağıq. Bizim gördüyümüz kimi əlillik müddəti bitənlərdən 50 %-i heç yenidən müraciət etmir. Bu da saxtakarlıq olduğunu ortaya çıxarır. Gələn il üçün ciddi sosial ödənişlər paketində əlilliyə görə ödənişlərin artımını nəzərdə tutmuşuq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR