Sahil Babayev: “Pensiyanın artması üçün sosial sığorta ödənişləri artmalıdır”

Sahil Babayev: “Pensiyanın artması üçün sosial sığorta ödənişləri artmalıdır”
# 12 noyabr 2021 15:27 (UTC +04:00)

“2018-ci illə müqayisədə 2021-ci ildə sosial müdafiə xərcləri 60% artıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir təqaüd xərclərinin isə 4,4 dəfə artdığını bildirib: “Bu parametrlər üzrə 3 illik rəqəmləri müqayisə etdikdə ciddi fərqi görürük. Biz düşünürük ki, sosial xərclər davamlı olaraq artmalıdır. Paralel olaraq isə yaddan çıxartmamalıyıq ki, pensiya sistemi sosial sığorta sistemidir. Pensiyanın artması üçün sosial sığorta ödənişləri artmalıdır. Buna uyğun pensiyalar artırılmalıdır. Dövlət isə minimum pensiyanın artırılması üçün öz öhdəsinə düşən işi görməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR