Sahil Babayev şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı işəgötürənlərə müraciət edib - VİDEO

Nazir Sahil Babayev

© APA | Nazir Sahil Babayev

# 21 iyun 2021 13:07 (UTC +04:00)

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”na qoşulanların sayı artmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Sahil Babayev artıq 100-dən çox işəgötürənin bu marafona qoşularaq vakansiyalarını elektron sistemə daxil etdiklərini bildirib, hər bir işəgötürəni bu aksiyaya qoşulmağa dəvət edib.

İşəgötürənlər bu aksiyada fəal iştirak etməklə Vətən uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və həmin döyüşlərdə sağlamlıqlarını qurban vermiş qazilərimizin məşğulluğunun təminatına dəstək vermiş olurlar.

ƏƏSMN tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR