Sahil Babayev: “Vətən müharibəsində yaralanmış 145 qazimiz elektron protezlə təmin edilib”

Sahil Babayev

© APA | Sahil Babayev

# 11 oktyabr 2021 17:06 (UTC +04:00)

"Bu il ərzində əlilliyi olan şəxslərə 35 min reabilitasiya vasitəsi təqdim edilib. Burada xüsusi önəm kəsb edən müxtəlif əzalarını itirmiş əsgərlərimiz idi".

Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev bildirib. Nazir qeyd edib ki, ölkə Prezidentinin tapşırıqlarına əsasən, onlara dünyanın ən müasir elektron protezləri təqdim edilib. Artıq Vətən müharibəsində yaralanmış 145 qazimiz elektron protezlə təmin olunub: “Demək olar ki, aşağı ətrafları amputasiya olunan qazilərin əksəriyyəti elektron protezlə təmin edilib. Ötən həftə isə yuxarı ətrafların elektron protezlə təmin edilməsi proqramına başlanıb. Düşünürük ki, biz yaxın 2 ayda amputasiyası olan və əzalarını itirmiş bütün qazilərimizin təminatını həyata keçirmiş olacağıq“.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR