Şahmar Mövsümov: “Azərbaycanda vaksin çatışmazlığı yoxdur”

Şahmar Mövsümov

© APA | Şahmar Mövsümov

# 04 noyabr 2021 18:35 (UTC +04:00)

“Azərbaycanda “Sinovac”, “Pfizer”, “AstraZeneca” və “Sputnik V” vaksinləri istifadə olunur. Ölkədə hər hansı vaksin üzrə çatışmazlıq yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov qeyd edib ki, Azərbaycanda əsasən “Sinovac” peyvəndindən istifadə olunur: “Ölkəyə ümumilikdə 12 milyon doza “Sinovac” gətirilib. Hazırda bu vaksinlər istifadə olunur. Ehtiyatda da kifayət qədər vaksin var. Bu gün əhali arasında buster doza da populyardır. Azərbaycanda, həm də dünyada buster dozanın vurulması 6 aydan sonra tövsiyə olunur. Vətəndaşlara 6 aydan sonra 3-cü doza vurulmasını tövsiyə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR