Şahmar Mövsümov: “Restoranların fəaliyyətinə gecə saat 12-dən sonra qoyulan məhdudiyyətin götürülməsi nəzərdə tutulmur”

Şahmar Mövsümov

© APA | Şahmar Mövsümov

# 04 noyabr 2021 18:46 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda restoranların gecə saat 12-dən sonra fəaliyyətinə qoyulan məhdudiyyətlərin ləğv olunub-olunmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

APA-nın xəbərinə görə, Prezidentin köməkçisi bildirib ki, hazırda bu məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulmayıb: “Bu məhdudiyyət qalmalıdır. Ola bilər ki, bu məsələyə xüsusi günlərdə, məsələn, Yeni il ərəfəsində baxılsın. Yəni, məhdudiyyət götürülməsə belə, bu, hansısa günlərdə xüsusi istisna hal kimi nəzərdə tutula bilər”.

Ş. Mövsümov deyib ki, bununla bağlı hələlik bir qərar yoxdur: “Amma ola bilər ki, Yeni il bayramında bu, istisna hal kimi nəzərdə tutulsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR