Şahmar Mövsümov: “Xaricdə vaksinasiya olunanların COVID pasportu Azərbaycanda keçərlidir”

Şahmar Mövsümov: “Xaricdə vaksinasiya olunanların COVID pasportu Azərbaycanda keçərlidir”
# 20 avqust 2021 12:28 (UTC +04:00)

“Xaricdə yaşayıb vaksinasiya olunan şəxslərin COVID pasportu bizdə keçərlidir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

"Bununla bağlı Səhiyyə Nazirliyinin 9301 nömrəli qaynar xətti var. Əgər kimsə xaricdə vaksinasiya olunubsa və onun sertifikatı varsa, həmin nömrəyə zəng etməlidir, məlumat verməlidir. Səhiyyə nazirliyi təqdim olunmuş sənədlərə baxacaq, əgər uyğundursa, saxta deyilsə, bu sənəd sistemə daxil ediləcək”, - deyə Prezidentin köməkçisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR