Şamaxıda istirahət mərkəzindən oğurluq edən şəxslər tutulub

Şamaxıda istirahət mərkəzindən oğurluq edən şəxslər tutulub
# 27 iyul 2021 12:47 (UTC +04:00)

Şamaxıda istirahət mərkəzindən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsinə cari ilin iyun ayı ərzində Avaxıl kəndi ərazisindəki istirahət mərkəzindən 6000 manat dəyərində tikinti materiallarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri N.Cəbiyev, V.Fətəliyev, B.Orucov, K.Kərimov, S.Kərimov və Ə.Səmədov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR