Şamaxıda karantin qaydalarını pozan restoran sahibləri cərimələnib

Şamaxıda karantin qaydalarını pozan restoran sahibləri cərimələnib
# 19 iyul 2021 15:18 (UTC +04:00)

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Turist” və “Çinar” restoranlarında qaydaların pozulduğu, yəni məlumatların portalda qeydiyyatdan keçirilməməsi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb. Obyektlərin sahibləri – Vüqar Allahverdiyev (“Turist” restoranının sahibi) və Ömər Yusifov (“Çinar” restoranın sahibi) barəsində protokol tərtib olunub və onların hər biri 4 min məbləğində cərimələnib. Toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR