Samuxda qanunsuz toy mərasimi təşkil edən restoran sahibi cərimələnib

Samuxda qanunsuz toy mərasimi təşkil edən restoran sahibi cərimələnib
# 20 iyul 2021 09:46 (UTC +04:00)

Samux Rayon Polis Şöbəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsi və 12 saylı ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının birgə keçirdikləri nəzarət profilaktiki tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Sərinim” şadlıq sarayının icaze.gov.az saytından qeydiyyatdan keçməyərək toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Bu barədə APA-nın yerli bürosuna DİN əməkdaşı Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 4000 manat cərimə edilib. Bundan başqa, polis əməkdaşları rayonun Kolayır və Qovlarsarı kəndlərində fərdi yaşayış evlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi toy mərasimi aşkar edib. Onlar barəsində də protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR