Səbail rayonunda yerləşən quru otlaq sahələrində iməcilik aksiyası keçirilir

Səbail rayonunda yerləşən quru otlaq sahələrində iməcilik aksiyası keçirilir
# 24 iyun 2021 22:02 (UTC +04:00)

Bakının Səbail rayonunda aparılan quruculuq və abadlıq işləri çərçivəsində otlaq sahələrində yanğınların baş verməsinin qarşısının alınması ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilir.

APA xəbər verir ki, bu günlərdə Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Səbail Rayon Mənzil-Komunnal Təsərrüfat Birliyinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, Bələdiyyələrin əməkdaşları və könüllülər tərəfindən rayon ərazisində yerləşən 9 min kv.m-dən artıq otlaq sahəsində iməcilik aksiyası keçirlib.

Qeyd olunan sahələr məişət və sənaye tullantılarından təmizlənib, vətəndaşlarla maarifləndirmə işləri aparılıb. Bildiririk ki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti orqanlarla birlikdə təhlükəsizlik tələblərini pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

"Havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və yaşıllıqları qorumağa çağırırıq", - deyə Səbail RİH-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR