Səbaildə iməcilik keçirilib - FOTO

Səbaildə iməcilik aksiyası

© APA | Səbaildə iməcilik aksiyası

# 26 avqust 2021 12:32 (UTC +04:00)

Səbail rayonunda aparılan quruculuq və abadlıq işləri çərçivəsində quru otlaq sahələrində yanğınların baş verməsinin qarşısının alınması ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirləri davam edir.

Səbail Rayon İcra Hakimiyyətindən (RİH) APA-ya verilən məlumata görə, avqustun 26-da Bayıl yaşayış sahəsində yerləşən Xanlar parkında və ətrafında 12 min kv.m-dən artıq quru otlaq sahəsində iməcilik aksiyası keçirilib, qeyd olunan ərazi məişət və sənaye tullantılarından təmizlənib.

İməcilik Səbail RİH təşkilatçılığı ilə Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və Bələdiyyələrin əməkdaşları tərəfindən təşkil edilib.

“Havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və yaşıllıqları qorumağa çağırırıq”, - deyə Səbail RİH-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR