Səbaildə tarixi bina və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə davam edir

Səbaildə tarixi bina və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə davam edir
# 21 oktyabr 2021 14:06 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonunun mərkəzi hissəsində yerləşən İstiqlaliyyət, R.Rza, Y.Məmmədəliyev, Z.Tağıyev, T.Əliyarbəyov, Ə.Əlizadə, M.Ə.Rəsulzadə, M.Əfəndiyev, Ə.Cavad küçələrində 19-20-ci əsrlərin tarixi binaları və memarlıq abidələri üzərində xüsusi icazə sənədi olmadan quraşdırılmış ictimai iaşə obyektlərinə məxsus havalandırma boruları sökülür.

Səbail Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə. qeyd olunan binalar və memarlıq abidələri əvvəlki vəziyyətinə qaytarılır.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanlarda fəaliyyət göstərən sahibkarlarla müasir tələblərə cavab verən havalandırma sistemlərinin quraşdırılması ilə bağlı danışıqlar aparılır. Tarixi binalar və memarlıq abidələri üzərində müvafiq qurumların icazəsi olmadan konstruksiyaların kobud şəkildə pozulmasının, divarların deşilməsinin və daşların korlanmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR