Səbaildə xüsusi karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər keçirilib

Səbaildə xüsusi karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər keçirilib
# 23 avqust 2021 13:14 (UTC +04:00)

Səbail rayonunda xüsusi karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər gücləndirilmiş qaydada davam edir.

Səbail Rayon İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, koronavirus (COVID-19) pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Səbail rayonu ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gücləndirilmiş qaydada maarifləndirmə, eyni zamanda nəzarət-profilaktik tədbirlər keçirilib, vətəndaşlara tibbi maskalar paylanılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini diqqətə almayaraq sosial təhlükəsizlik tələblərinə riayət etməyən vətəndaşlara qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib və xəbərdarlıq olunub: “Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR