Səfir: “Litva ətraf mühitin qorunması sahəsində Azərbaycanla əməkdaşlıq edir”

Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas

© APA | Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas

# 21 sentyabr 2021 13:51 (UTC +04:00)

“Litva artıq ətraf mühitin qorunması sahəsində Azərbaycanla əməkdaşlıq edir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas bildirib.
Səfir deyib ki, bu yay bu istiqamətdə uşaqlar üçün yay məktəbi təşkil ediblər, yay məktəbində İkinci Qarabağ müharibəsində valideynlərini itirmiş uşaqlar da iştirak ediblər: “Bu, uşaqların ətraf mühit, ekologiya ilə bağlı bilgilərini artırmağa yönəlmişdi. Düşünürəm ki, irəli baxmaq, yenidənqurma, ağaclar əkmək, ətraf mühitə kömək etmək vacibdir. Bunları hər yerdə, həmçinin Qarabağda etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR