“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə ediləm güzəştlər haqqında” qanuna dəyişiklik edilib

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə ediləm güzəştlər haqqında” qanuna dəyişiklik edilib
# 30 sentyabr 2021 16:34 (UTC +04:00)

Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlara dəyişiklik edilib.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə ediləm güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, mənzil, kommunal xidmətlərindən, telefon (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqının ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada məbləğdə verilən müavinət Azərbaycan Prezidentinin təqaüdü ilə əvəzlənir.
Qanuna dəyişiklik “Sosial müavinətlər haqqında” qanuna və 2020-ci il 30 dekabr tarixli Prezidentin fərmanına əsasən hazırlanıb. Həmin qanunvericilik aktlarına əsasən, şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan müavinət Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə birləşdirilmiş və təqaüdün məbləği 300 manatdan 500 manata çatdırılıb.
Şəhid ailəsi üzvləri üçün kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təqaüdlə əvəz olunduğu üçün müvafiq dəyişiklik təklif olunur. Həmçinin mövcud qanunvericiliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatında olduqları üçün qanunda dəyişiklik edilib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR