Şəhid Asəf Nəsibovun ailəsinə mənzil verilib

Şəhid Asəf Nəsibovun ailəsinə mənzil verilib
# 11 iyun 2021 14:45 (UTC +04:00)

Ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Asəf Səfəralı oğlu Nəsibovun ailəsi sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəssi Nazirliyindən APA-ya verilən xəbərə görə, Abşeron rayonunda yeni yaşayış binalarından alınmış iki otaqlı mənzilin sənədləri Sosial Xidmətlər Agentliyinin rəsmisi və sosial tərəfdaş olan iş adamı Müşviq Həsənovun iştirakı ilə şəhidin atası Səfəralı Nəsibova təqdim edilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, bu il dövlət hesabına 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu ilin planı üzrə artıq 500 mənzil sahiblərinə təqdim edilib.

Özəl sektorun nümayəndələri də sosial məsuliyyət, həmrəylik prinsipindən çıxış edərək şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramının genişlənməsinə öz töhfələrini verirlər. Şəhid Asəf Nəsibovun ailəsinə bu gün yeni mənzil təqdim edilməsi də bunun daha bir nümunəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR