Şəhid hərbçimiz Mingəçevirdə dəfn olunub- FOTO - YENİLƏNİB

Şəhid Elmin Əlizadənin Mingəçevirdə dəfn mərasimi

© APA | Şəhid Elmin Əlizadənin Mingəçevirdə dəfn mərasimi

# 18 noyabr 2021 12:51 (UTC +04:00)

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Elmin Əlizadə Mingəçevirdə torpağa tapşırılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, şəhid əsgər Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində yaylım atəşi açılıb. Şəhidin tabutu üzərinə çəkilən Dövlət bayrağı atasına təqdim olunub.

***

11.29

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Elmin Əlizadə ilə Mingəçevirdə vida mərasimi keçirilir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, şəhid əsgər Əlizadə Elmin Samir oğlunun cənazəsi Mingəçevir şəhərinə, yaşadığı evə gətirilib. Vida mərasimində şəhidin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir.

Ağdam rayonunun Papravənd kəndindən olan ailədə doğulan Elmin Əlizadə Mingəçevir şəhərində dəfn olunacaq.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR