Şəhidlər haqqında memorial.az saytının və "Yaddaş kitabı"nın təqdimatı keçirilib

Şəhidlər haqqında memorial.az saytının və "Yaddaş kitabı"nın təqdimat

© APA | Şəhidlər haqqında memorial.az saytının və "Yaddaş kitabı"nın təqdimat

# 28 sentyabr 2021 11:37 (UTC +04:00)

27 sentyabr Anım Günü ərəfəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə memorial.az saytının və "Yaddaş kitabı"nın təqdimatı həyata keçirilib.

APA-nın məlumatına görə, memorial.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, indiyə qədər istər sosial şəbəkələrdə, istər Kütləvi İnformasiya Vasitələrində şəhidlərlə bağlı çoxlu sayda məlumatlar dərc edilib: "Amma məlumatlar geniş şəkildə yayılsa da bir pərakəndəlik var idi. Şəhidlərlə bağlı məlumatların davamlı olmasını istəyirik. Saytda daha geniş məlumatlar üçün şəhid ailələri ilə sıx əlaqədə olacağıq. Bəzi şəhidlərin övladları məktəbə getdi, onlar barədə məlumat yerləşdirmişik, bəzi şəhidlərin övladlarını onların dostları məktəbə apardı. Bundan sonra onların virtual həyatlarını davam etdirəcəyik".

Qeyd edək ki, memorial.az Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş bütün şəhidlərimiz haqqında olan məlumatların mərkəzləşmiş qaydada bir yerdə toplanacağı saytdır.

Məqsəd şəhidlər barədə vahid data bazanın yaradılması, şəhidlərimizin xatirəsinin bir irs kimi qorunub saxlanılması və inkişaf etdirilməsi, onların şəxsiyyətlərinin əbədiləşdirilməsi və yayılması, nəsildən nəslə ötürülməsidir.

Saytda KİV-dən götürülən məlumatlarla yanaşı, barəsində məlumat getməyən şəhidlər barədə orijinal yazılar və videolar da hazırlanır.

İlkin mərhələdə sayt Vətən Müharibəsi-İkinci Qarabağ şəhidlərini əhatə edəcək. Materiallar hazırda Azərbaycan dilində hazırlanır və yerləşdirilir.

Sonradan onların paralel olaraq rus və ingilis dilinə tərcüməsi həyata keçiriləcək.

Növbəti mərhələlərdə 2016-cı il hərbi qulluqçusu olan şəhidləri, atəşkəs dövrünün hərbi qulluqçusu olan şəhidləri, Birinci Qarabağ Müharibəsinin hərbi qulluqçusu olan şəhidləri,

Ermənistan-Azərbaycan münaqişəsi gedişində həlak olmuş hərbi qulluqçu olmayan mülki şəhidlərin məlumatlarının sistemləşdirilərək yerləşdirilməsi nəzərdə tutulur.

Memorial.az-da şəhidlərimiz bir neçə üzrə qruplaşdırılıb. “Qəhrəmanlarımız” bölməsində əlifba sırası ilə bütün şəhidlər, keçdikləri döyüş yolu haqqında məlumatlar yerləşdirilib.

“Təltiflər” bölməsində şəhidlər aldıqları medallara görə qruplaşdırılıb. Burada hər medalın təsviri və ona layiq görülən şəhidlərin siyahısı verilir. “Axtarış” bölməsində bir neçə kriteriyaya görə (ad, soyad, ata adı, doğuluş və şəhadət tarixləri və s.) onları axtarmaq mümkündür.

Saytda əks əlaqə imkanları yaradılıb, əgər hansısa şəhidin haqqındakı məlumatda qeyri-dəqiqlik və natamamlıq varsa, oxucular, onun yaxınları redaksiya ilə əlaqə saxlayaraq, fikirlərini bildirə biləcəklər.

Saytın rus və ingilis dillərində fəaliyyət göstərəcəyi də nəzərdə tutulur.

Sayt hazırlanarkən Birinci və İkinci dünya müharibəsində həlak olan insanlarla bağlı yaradılan analoji layihələrə, Rusiya və Avropa ölkələri və ABŞ-ın təcrübəsindən istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR