Səhiyyə nazirinin müavini: "Azərbaycanda 5 milyona qədər vətəndaş vaksinasiyadan keçib"

Səhiyyə nazirinin müavini Viktor Qasımov

© APA | Səhiyyə nazirinin müavini Viktor Qasımov

# 12 oktyabr 2021 15:46 (UTC +04:00)

“COVID-19 pandemiyası bütün dünya üçün bəlaya çevrilib. Artıq iki ilə yaxındır bu şəraitdə yaşayırıq. Heç bir ölkənin səhiyyə sistemi buna tab gətirə bilməzdi. Buna görə əməkdaşlıq böyük önəm daşıyır”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

O göstərilən yardıma görə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatına təşəkkür edib: “Azərbaycan özü də kifayət qədər iş görüb. Səhiyyənin maddi-texniki bazası gücləndirilib. Fərdi vasitələri istehsal edən müəssisələr yaradılıb. Azərbaycan regionda vaksinasiyaya ilk başlayan ölkələrdən biridir. Vaksinasiya çox geniş sürətlə davam etdirilir. Artıq əhalinin 5 milyona qədəri vaksinasiyadan keçib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR