Səhiyyə nazirinin müavini Azərbaycanda vaksin yaşının azaldılmasına münasibət bildirib

Viktor Qasımov

© APA | Viktor Qasımov

# 16 noyabr 2021 14:04 (UTC +04:00)

Səhiyyə nazirinin müavini Viktor Qasımov Azərbaycanda vaksin yaşının azaldılması məsələsinə münasibət bildirilib.

Nazir müavini APA-ya açıqlamasında qeyd edib ki, vaksin yaşının azaldılması və ya çoxaldılması vaksin istehsalçısından asılıdır. Onun sözlərinə görə, istehsalçı klinik sınaqlar aparır və hansı yaşda bu peyvəndi vurmaq olarsa, öz təlimatında da bunu göstərir: “Məsələn, “Pfizer” peyvəndinin 12 yaşdan yuxarı uşaqlara vurulmasına etiraz etmirik, əgər valideynlərin razılığı olarsa, vurdurmaq olar. Hələ ki, yaş həddinin azaldılmasının “Vaksinasiya Strategiyası”na salınması gözlənilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR