Səhiyyə Nazirliyi: 1 yaşdan aşağı uşaqlar koronavirusla bağlı risk qrupudur, xəstəliyi ağır keçirir

Erkin Rəhimov

© APA | Erkin Rəhimov

# 15 oktyabr 2021 15:44 (UTC +04:00)

“1 yaşdan aşağı uşaqlar koronavirusla bağlı risk qrupudur və xəstəliyi ağır keçirirlər”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib.

O bildirib ki, körpələrdə bu xəstəlik daha çox tənəffüs çatışmazlığı ilə müşahidə olunur: “Bəzən tənəffüs çatışmazlığı o qədər ağır olur ki, həmin körpələr süni tənəffüs aparatına qoşulur. COVID-i keçirəndən 2-6 həftə sonra bəzi uşaqlarda ağır iltihabi bir proses başlaya və ürək, böyrək, ağciyərləri tuta bilir. Bu da virusun fəsadı ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR