Səhiyyə Nazirliyi: İndiyədək 313 nəfərə əks göstəriş sertifikatı verilib

Səhiyyə Nazirliyi: İndiyədək 313 nəfərə əks göstəriş sertifikatı verilib
# 01 sentyabr 2021 13:46 (UTC +04:00)

"Əks göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Nazirlik vətəndaşların narazılığını anlayır, lakin göndərilən müraciətlərin komissiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır:

"Avqust ayının 9-dan bugünə qədər ümumilikdə 313 nəfərin müraciətinə müsbət cavab verilib və həmin şəxslər artıq əks göztəriş sertifikatı alıblar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR