Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib - VİDEO - YENİLƏNİB

Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib - VİDEO  - YENİLƏNİB
# 10 iyun 2021 11:56 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, Azərbaycanın Küveytdəki səfirliyindən daxil olmuş məlumata əsasən, Küveyt Hökuməti tərəfindən 2 may 2021-ci il tarixində tətbiq edilən qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq.

Məlumatda qeyd olunub ki, həmin dərman vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların isə 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR