Səhiyyə Nazirliyi: Son 10 ildə 13 yaşadək uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 27 oktyabr 2021 15:22 (UTC +04:00)

“2020-ci ildə endokrin sistem xəstəlikləri ilə 18 yaşadək qeydə alınmış uşaqların sayı 10 972 olub”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova "Uşaqlar və COVID-19 " mövzusunda çıxışında deyib. O bildirib ki, 2010-cu ildə uşaqlar arasında həzm sistemi xəstəlikləri olan 45 732 uşaq qeydə alınıb: “2020-ci ildə bu say 57 592 olub. Onlardan 0-13 yaş arası uşaqların sayı 2010-cu ildə 35 954, 2020-ci ildə 42 490 nəfər təşkil edib. Son 10 ildə 13 yaşadək uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR