Səhiyyə Nazirliyi süni tənəffüs aparatlarının çatışmaması ilə bağlı məsələyə münasibət bildirib

Səhiyyə nazirinin müavini Viktor Qasımov

© APA | Səhiyyə nazirinin müavini Viktor Qasımov

# 12 oktyabr 2021 15:53 (UTC +04:00)

Səhiyyə nazirinin müavini Viktor Qasımov koronavirus xəstələrinə süni tənəffüs aparatlarının çatışmaması ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın xəbərinə görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, süni tənəffüs aparatı ilə bağlı əvvəllər hansısa müəssisələrdə çətinlik olub: “Amma indi belə problem yoxdur. Kifayət qədər, hətta isə salınmamış avadanlıqlar var, anbardadır. İstərdik ki, bu avadanlıqlara heç tələbat olmasın, amma olarsa, onlar fəaliyyətə başlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR