Səhiyyə Nazirliyində ÜST-ün qiymətləndirmə missiyası ilə görüş keçirilib

Səhiyyə Nazirliyində ÜST-ün qiymətləndirmə missiyası ilə görüş

© APA | Səhiyyə Nazirliyində ÜST-ün qiymətləndirmə missiyası ilə görüş

# 03 dekabr 2021 17:55 (UTC +04:00)

Bu gün Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilib.

Səhiyyə Nazirliiyndən APA-ya bildirilib ki, missiyanın məqsədi Azərbaycanda mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Eyni zamanda ÜST nümayəndələri və ekspertləri COVID-19 və ya hər hansı digər fövqəladə hallarla əlaqədar Fövqəladə Hallara Cavab Məlumat İdarəetmə Sistemini (ERİMS) təkmilləşdirmək və COVID-19 üçün mövcud sistemin ümumi məlumatlar axını sisteminin tərtib olunmasına dair texniki dəstək məqsədilə Azərbaycana gəliblər.

Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda Azərbaycanda hazırkı vəziyyət və COVID-19 infeksiyasına qarşı görülən tədbirlər müzakirə edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini Viktor Qasımov ÜST nümayəndələri ilə Azərbaycan arasında illər ərzində davam edən olduqca məhsuldar işbirliyinin olmasını vurğulayaraq, bu işbirliyin gələcəkdə daha yüksək nəticələr verəcəyinə inandığını söyləyib. Nazir müavini görülən işlərə görə bütün missiya üzvlərinə öz minnətdarlığını bildirib.

Toplantıda ÜST-nin missiyasının rəhbəri Paula Vaskonselos “COVID-19 və ya hər hansı digər fövqəladə hallarla əlaqədar Fövqəladə Hallara Cavab Məlumat İdarəetmə Sistemini təkmilləşdirmək” mövzusunda təqdimatla çıxış edib. Paula Vaskonselos vurğulayıb ki, Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının geniş yayılmasının qarşısını alınmaq məqsədilə koronavirus pandemiyası başlayandan bəri ölkəmiz ilə yaxından əməkdaşlıq edir və birlikdə bir sıra layihələr həyata keçirir. “Göstərilən dəstək ictimai səhiyyə sahəsində fövqəladə halların qarşısını effektiv formada alınması, aşkarlanması və tədbirlərin gücləndirilməsi məqsədi daşıyır”, - deyə Paula Vaskonselos əlavə edib.

Öz çıxışında missiyanın rəhbəri ölkəmizdə səhiyyə sahəsində müasir informasiya texnologiyalarının imkanlarından, xüsusən də Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin (YXEMS) geniş istifadə olunmasını yüksək qiymətləndirib. O, YXEMS sisteminin Azərbaycan modelinin digər ölkələrdə də tətbiq olunmasının tövsiyə edəcəyini bildirib.

Qeyd edək ki, ÜST nümayəndələri və ekspertlərinin missiyası qiymətləndirmə aparılması məqsədilə ölkəmizin səhiyyə obyektlərini ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR