Səhiyyə Nazirliyinə əlavə səlahiyyət verilib

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 30 sentyabr 2021 15:04 (UTC +04:00)

Səhiyyə Nazirliyinə əlavə səlahiyyət verilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən qurumlar sırasına Səhiyyə Nazirliyi də əlavə olunub.

Beləliklə, Müdafiə, Daxili İşlər, Ədliyyə, Səhiyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR