Səhiyyə Nazirliyinin mütəxəssisi məktəblərin bağlanma ehtimalına aydınlıq gətirib

Səhiyyə Nazirliyinin mütəxəssisi məktəblərin bağlanma ehtimalına aydınlıq gətirib
# 20 oktyabr 2021 15:40 (UTC +04:00)

“Məktəblərin bağlanmasını istəmirik. Mümkün qədər əyani təhsil formasının davam etməsini istəyirik”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 peyvəndləri" mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, hələ ki, belə hallar bağlanma qərarının verilməsi üçün çox deyil: “Ayrı-ayrı yerlərdə xəstələnmə halları olursa, lokal tədbirlər görülür. Bu məktəblərin bağlanması daimi deyil, 14 gün sonra açılır. Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə belə yanaşma var. Mümkün qədər çalışılır ki, həyat öz axarı ilə davam etsin. İndiki yumşalmalar insanlar üçün yetərlidir”.

Mütəxəssis qeyd edib ki, yoluxmada artım var və olacaq: “Hər bir vətəndaş üzərinə düşən işi görsə, peyvəndlənmədə iştirak edənlər çox olsa, daha yoluxucu ştamm gəlməsə, demək olar ki, bu xəstəliyin ağır hallarını keçmiş olacağıq və xəstəliyi idarə etmək bacarığımız olacaq. Bu müddəti heç bir bağlanmalara getmədən davam edə bilsək, bizim üçün böyük qələbə olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR