Şəmkirdə şirkət əməkdaşının iş zamanı xəsarət alması ilə bağlı cinayət işi başlanıb

Şəmkirdə şirkət əməkdaşının iş zamanı xəsarət alması ilə bağlı cinayət işi başlanıb
# 21 iyun 2021 14:55 (UTC +04:00)

İyunun 20-də saat 09 radələrində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında frez operatoru vəzifəsində işləyən Aqil Məmmədovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

əmkir rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Aqil Məmmədov Bakı-Qazax avtomagistral yolunun Şəmkir rayonun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində köhnə asfalt örtüyünün qaşıması işlərini apararkən ehtiyatsızlıqdan bədən xəsarəti alıb.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR