Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib - VİDEO - YENİLƏNİB

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib - VİDEO  - YENİLƏNİB
# 30 iyun 2021 10:51 (UTC +04:00)

Bu gün ölkə ərazisində yerləşən peşə təhsil müəssisələrində “Məzun günü” tədbirləri keçirilib.

APA-nın məlumatına görə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində də “Məzun günü” baş tutub. Mərkəzin direktoru İdris Musayev deyib ki, bu il Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini 423 məzun bitirib. O, Mərkəzin əsas prioritetləri sırasında işəgötürənlərlə yaxından əməkdaşlığın təşkilini, hazırda 50-yə yaxın yerli və xarici şirkətlə müxtəlif layihələr və məşğulluq istiqamətində işlərin aparıldığını qeyd edib.

Təhsil naziri Emin Əmrullayev son illərdə ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması baxımından ixtisaslı işçi qüvvəsinin hazırlanması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Peşə təhsilinin xüsusi əhəmiyyətini vurğulayan nazir işəgötürənlərin əsas tərəf kimi peşə təhsili sisteminə cəlb edilməsi, onların tələblərinə uyğun kadr hazırlığının aparılması və nəticə etibarı ilə peşə təhsilinə marağın artmasına diqqət çəkib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan 72 peşə təhsil müəssisəsinin 13300-dən çox tələbəsi məzun olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR