Sentyabrın 1-dək xəstəxanalarda tibb işçilərinin ən azı 80 faizi birinci doza peyvənd olunmalıdır

Sentyabrın 1-dək xəstəxanalarda tibb işçilərinin ən azı 80 faizi birinci doza peyvənd olunmalıdır
# 26 iyul 2021 15:47 (UTC +04:00)

Mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri üçün yeni tələb müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, mülkiyyət formasından asılı olmayaraq 1 sentyabr tarixindən etibarən bütün bütün tibb və əczaçılıq müəssisələrinin işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR