Serbiyalı nazir Azərbaycanın reabilitasiya sistemi ilə tanış olub

Serbiyalı nazir Azərbaycanın reabilitasiya sistemi ilə tanış olub

© APA | Serbiyalı nazir 1 saylı Uşaq Reabilitasiya müəssisəsində və Şağan Reabilitasiya Pansionatında olub

# 07 iyul 2021 15:03 (UTC +04:00)

Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Uşaq Reabilitasiya müəssisəsində və Şağan Reabilitasiya Pansionatında olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilıən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu il isə daha 3 müəssisənin - Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub.

Dövlət başçısının iştirakı ilə bu il fevralın 25-də açılışı olan Şağan Reabilitasiya Pansionatında müasir tələblərə uyğun şərait yaradılıb. 128 palatadan ibarət olan, 250 çarpayılıq Pansionat ildə 5 minə yaxın əlilliyi olan şəxsə effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilməklə reabilitasiya xidmətləri göstərməyə imkan verir. 1 saylı Uşaq Reabilitasiya müəssisəsi də ən müasir tələblərə uyğun qurulub. Burada sağlamlıq imkanları məhdud uşaqların diaqnostikası, onların reabilitasiya potensialının müəyyənləşdirilməsi, sosial, tədris-peşə reabilitasiyası istiqamətində işlər aparılır.

Nümayəndə heyəti hər iki müəssisədə yaradılan şəraitlə, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətləri, tətbiq olunan müalicə prosedurları ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR