"Sərin" şadlıq sarayının rəhbərliyi cərimələnib

"Sərin" şadlıq sarayı

© APA | "Sərin" şadlıq sarayı

# 28 oktyabr 2021 10:13 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək pr. 65B ünvanında fəaliyyət göstərən "Sərin” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR