Sertifikasiya imtahanlarında iştirak edən həkimlərin sayı açıqlanıb

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 26 may 2021 15:26 (UTC +04:00)

“Ötən il ali təhsilli 1261 həkim sertifikasiya imtahanında iştirak edib”.

APA-nın məlumatına görə, bunu "Tibb işçilərinin sertifikasiyası" mövzusunda çıxışında Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

O bildirib ki, 2021-ci ildə isə 1641 həkim sertifikasiya imtahanına cəlb olunub və onlardan 2 faizi uğursuz nəticə göstərib: “2020- ci ildə imtahanda iştirak edən 90-92 faiz həkim uğurlu nəticə əldə edib. Həmin həkimlərdən 1458 nəfəri 1-ci cəhddə imtahandan uğurla keçib”.

O əlavə edib ki, bu ilin 5 ayında sertifikasiya imtahanlarında iştirak edən orta tibb işçilərinin 97 faizi imtahandan uğurla keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR