Şeyxülislam: "Anım Günü ilə əlaqədar 1000-ə yaxın məsciddə dualar oxunur"

Şeyxülislam: "Anım Günü ilə əlaqədar 1000-ə yaxın məsciddə dualar oxunur"
# 27 sentyabr 2021 10:01 (UTC +04:00)

"Bu gün Anım Günü ilə əlaqədar Azərbaycanda 1000-ə yaxın məsciddə dualar oxunur. Həm Kərbəla şəhidləri, həm Vətən şəhidlərinin ruhuna namaz qılınıb, dualar oxunub".

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, Şuşa və Ağdam məscidlərində də namaz qılınır, dualar oxunur: "Gürcüstan, Türkiyə, Orta Asiya, Dərbəndə də soydaşlarımız Quran oxuyurlar, dualar edirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR