Səyyar vaksinasiya briqadalarının sayının artırılması ilə bağlı konkret tapşırıqlar verilib

Səyyar vaksinasiya briqadalarının sayının artırılması ilə bağlı konkret tapşırıqlar verilib

© APA | Nazirlər Kabineti

# 21 iyul 2021 20:22 (UTC +04:00)

Baş nazir səyyar vaksinasiya briqadalarının sayının artırılması ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verib.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bu gün keçirilən Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsində bildirib ki, peyvəndləmənin yüksək sürətlə aparılması üçün həm texniki imkanlar, həm də kifayət qədər peyvənd ehtiyatı var.

Müşavirədə Peyvəndlənmənin sürətinin artırılması üçün Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinə səyyar vaksinasiya briqadalarının sayının artırılması da daxil olmaqla konkret tapşırıqlar verilib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR